Pakistanın dini məsələlər və dinlərarası razılaşma naziri Əbdül Şakur İslamabadda yol qəzasında ölüb.
AzerTimes xəbər verir ki, nazirin olduğu avtomobil digər maşınla toqquşub.
Əbdül Şakur qəza zamanı ağır xəsarət alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Pakistan Prezidenti Arif Alvi və Baş nazir Şahbaz Şərif Əbdül Şakurun həlak olması ilə bağlı başsağlığı verib.