Pakistanın yeni baş naziri Şahbaz Şərifin rəhbərlik etdiyi
hökumətin andiçmə mərasimi baş tutub.
Trend-in
məlumatına görə, bu barədə baş nazir öz “Twitter” səhifəsində
yazıb.
Qeyd olunur ki, yeni hökumətə 31 federal nazir, 3 dövlət naziri
və 3 müşavir daxildir.
Xatırladaq ki, ötən həftənin əvvəli keşmiş baş nazir İmran Xanın
hökuməti istefaya yollanmış, parlamentdə keçirilən səsvermə
nəticəsində Şahbaz Şərif baş nazir seçilmişdi.