Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib.
AzerTimes xəbər verir ki, bu barədə “PTV Nyus” telekanalı məlumat yayıb.
Parlamentin aşağı palatasının 336 deputatından 201-i Şərifin lehinə səs verib.
Onun rəqibi Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.