Pakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifdən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
göndərib.

Məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Pakistan
xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi
təbriklərimi çatdırıram.

Bu il biz ölkələrimiz arasında diplomatik əlaqələrin
qurulmasının 30-cu ildönümünü qeyd edirik. Ötən 30 il ərzində iki
xalq arasında dostluq və qardaşlıq münasibətləri daha da güclənib.
Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələr də daxil olmaqla,
ikitərəfli əməkdaşlıqdakı qarşılıqlı maraqlar və sabit dinamika
növbəti illərdə daha da inkişaf edəcək.

Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işini
dəstəkləməkdən qürur duyur. Zati-alinizin Cənubi Qafqazda sülh və
sabitliyin təşviqindəki şəxsi səylərini yüksək dəyərləndirirəm.
Həmçinin hökumətinizə Azərbaycanın işğaldan azad olunmuş
ərazilərinin yenidən qurulmasında və bərpasında uğurlar
arzulayıram. Pakistan bu sahədə öz köməyini göstərməyə və
təcrübəsini bölüşməyə hazırdır.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqına
isə davamlı sülh və firavanlıq arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul
edin”.

Teqlər: