Dünya ölkələri “Taliban” hərəkatının qurduğu hökuməti təcrid etmək siyasəti yerinə, ölkədəki kritik humanitar vəziyyətlə əlaqədar ona yardım etməlidirlər.
AzerTimes-ın məlumatına görə, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında Pakistanın baş naziri İmran Xan videoformatda çıxışı zamanı deyib.
Baş nazir bildirib: “BMT-nin məlumatlarına əsasən əhalisinin yarısının yoxsul vəziyyətdə olduğu Əfqanıstana əgər indi diqqət yetirilməzsə, gələn il bu ölkənin əhalisinin təxminən 90 faizi yoxsulluq həddinin altında olacaq”.
Onun sözlərinə görə, Əfqanıstandakı humanitar böhran yalnız bu ölkə ilə qonşu olan ölkələrə yox, bütün dünyaya təsir edəcək. İ.Xan qeyd edib ki, Əfqanıstana təcili olaraq humanitar yardım göstərilməlidir.