Pakistanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin
Pakistana rəsmi səfəri çərçivəsində martın 21-də general-polkovnik
Zakir Həsənovla Pakistanın Baş naziri cənab İmran Xan arasında
görüş keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, görüşdə dövlətlərimiz arasında əlaqələrin
inkişafında ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin
mühüm rol oynadığı vurğulanıb.

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yüksələn xətlə inkişaf
etdiyini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycanın
ədalətli mövqeyini beynəlxalq təşkilatlar daxil olmaqla bütün
səviyyələrdə dəstəklədiyinə görə Pakistan rəhbərliyinə və xalqına
minnətdarlığını bildirib.

Sonda ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif
istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq sahəsində inkişafından
məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə
bağlı fikir mübadiləsi aparılıb.

Teqlər: