Pakistan 520-dən çox Əfqanıstan vətəndaşını həbsxanalardan buraxıb.
AzerTimes xəbər verir ki, bu barədə məlumat Əfqanıstanın Pakistandakı səfirliyi tərəfindən yayılıb.
“Əfqanıstanın İslamabaddakı səfirliyinin və Kəraçidəki baş konsulluğunun səyləri nəticəsində şənbə günü 54-ü qadın və 97-si uşaq olmaqla, 524 əfqan həbsxanalardan azad edilib”, – səfirliyin bəyanatında belə deyilir.
Məlumatda qeyd olunur ki, məhbusların bütün nəqliyyat, yemək və geyim xərcləri Əfqanıstanın səfirliyi və konsulluğu tərəfindən ödənilir.