Musson yağışlarına görə tarixi boyu ən böyük fəlakətlərdən biri ilə üzləşən Pakistanın artıq üçdə biri su altında qalıb, on milyonlarla insan isə daşqınlarla mübarizə aparır.
AzerTimes xəbər verir ki, bu barədə Pakistan Baş naziri Şahbaz Şərif Tvitter hesabında məlumat verib.
O bildirib ki, Pakistanın əsas çayı olan Hind artıq daşmaq üzrədir.
Həmçinin məlumatda qeyd olunub ki, iyun ayından bəri musson yağışlara görə 1136 nəfər həyatını itirib. Ölənlərin sayının daha çox olduğu təxmin olunur. Çünki yağışlar regiondakı yolları və körpüləri apardığı üçün yüzlərlə kəndlə əlaqə kəsilib.
Zərərçəkmiş evlərin sayının isə 1 milyonu ötdüyü bildirilir.