Xəbər - Orxan Nəbiyev – Trend:
Pakistanın şimal-qərbindəki Xayber əyalətində yerli sakinlərin torpaq sahəsi ilə bağlı müzakirə silahlı münaqişəyə çevrilib.
Trend-in məlumatına görə, insident nəticəsində azı 9 nəfər həlak olub, daha 19 nəfər yaralanıb.
Qeyd olunur ki, sakinlərin toplantısında bölgədən keçən avtomobil yolunun tikintisi və bununla bağlı kəndlilərin torpaqlarının özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi aparılıb.
Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib. Onlardan 5 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.