Pakistanın Bəlucistan əyalətində silahlıların polis məntəqələrinə, dəmiryollarına və magistral yollara hücumu nəticəsində azı 73 nəfər həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında 14 əsgər və polis də var.
Qeyd edək ki, Pakistan ordusu və hüquq-mühafizə orqanları Bəlucistan əyalətində terror aktlarını dəf edərkən azı 21 silahlı öldürülüb.