Pakistanın şimal-qərbində insanlar Quranı təhqir etməkdə şübhəli bilinən şəxsi öldürüblər.
AzerTimes Oxu.az-a istinadıa xəbər verir ki, bu barədə yerli polisə istinadən məlumat yayılıb.
İnsident Svat rayonunun (Xayber Paxtunxva əyaləti) Madyan rayonunda baş verib, burada yüzlərlə insan şübhəli bilinən şəxsin aparıldığı polis məntəqəsinə basqın edib, oranı dağıdıb. Hücum edənlər həmin şəxsi polisin əlindən alıb və onu diri-diri yandırıblar. Qarşıdurmada yaralanan 11 nəfər xəstəxanaya aparılıb.
Asayişi bərpa etmək üçün hakimiyyət Madyana xüsusi təyinatlı dəstələri yerləşdirib.