Pakistanda qayıq qəzasında ölənlərin sayı 51-ə çatdı

Pakistanda qayıq qəzasında ölənlərin sayı 51-ə çatdı

Pakistanın Hayber-Paxtunxva əyalətindəki Tanda Dam gölündə mədrəsə şagirdlərinin olduğu qayığın çevrilməsi nəticəsində ölənlərin sayı 51-ə çatıb.

AzerTimes xəbər verir ki, ölənlərin 49-u şagirddir. Müəllim və qayıqçı da dünyasını dəyişib.

Daha əvvəl əksəriyyəti uşaq olmaqla 30 nəfərin öldüyü barədə məlumat verilmişdi.

Teqlər: