Avqustun 22-də Pakistanın Pəncab əyalətinin şərqində naməlum silahlı şəxslər polis konvoyuna hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.
Hücum nəticəsində 11 polis həlak olub, 7 polis isə yaralanıb.
Pakistanlı sosial media fəalları hücumun İrana bağlı “Zeynəbiyyun” silahlı qruplaşması tərəfindən edildiyini iddia ediblər. Pakistan rəsmiləri isə bu məlumatı təkzib edərək, hücumun silahlı qarətçilər tərəfindən edildiyini bildirib.