

Pakistanın Bəlucistan əyalətinin Nuşki şəhərində patrul dəstəsinə silahlı hücum olub.
AzerTimes xəbər verir ki, məlumatı “Xinhua” agentliyi yayıb.
Bildirilib ki, naməlum terrorçular Nuşkidəki Qaribabad rayonu yaxınlığında polis patrul maşınına qarşı pusqu qurublar. Hadisə nəticəsində 4 hüquq-mühafizə əməkdaşı ölüb. Təhlükəsizlik qüvvələri dərhal hücum edənləri tapmaq üçün axtarış əməliyyatına başlayıblar.
Qeyd edək ki, hücuma görə hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.