Pakistanda partlayış törədilib, ölən var

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin inzibati mərkəzi Kvetta şəhərində mağazada əl qumbarası partladılıb.

AzerTimes-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ən azı bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.


Məlumata əsasən, mağazada 14 avqustda keçiriləcək ölkənin Müstəqillik günü bayramınahazırlıq çərçivəsində dövlət bayraqları və digər simvollar satılıb. Qeyd edilir ki, bu, son iki gündə şəhərdə milli bayraqların satışı ilə məşğul olanlara edilən ikinci hücumdur.

Teqlər: