Pakistanın Kvetta şəhərində yerləşən mehmanxanalardan birinin yaxınlığında partlayış törədilib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub, 8-i polis əməkdaşı olmaqla 12 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, partlayışı törədənlərin hədəfi polis əməkdaşlarının avtomobili olub. Qeyd edilir ki, partlayıcı qurğu motosikletin üzərinə yerləşdirilib və polis avtomobilinin yaxınlığında partladılıb.
Bildirilir ki, bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib.