Pakistanda ölənlərin sayı artdı, matəm elan edildi

Pakistanda ölənlərin sayı artdı, matəm elan edildi

Pakistanın Pişəvər şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 90-a çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb.

Məlumata görə, partlayışda 200-dən çox zərərçəkən şəxs xəstəxanaya çatdırılıb, onlardan 100-ə yaxınının müalicəsi davam edir, qalanları isə evə buraxılıb.

Hayber-Paxtunxva əyalətinin başçısı Məhəmməd Əzəm Xan bütün bölgədə bir günlük matəm elan edib.

Qeyd edək ki, ötən gün Pakistanın Pişəvər şəhərindəki (Hayber-Paxtunxva əyalətinin mərkəzi) məscidlərin birində terror aktı törədilib.

Teqlər: