Pakistanın şimal-qərbində Peşəvər şəhərində məscidin partlaması
nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb, 200-ə yaxın adam
yaralanıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə
məlumatı yerli polis orqanları yayıb.
Yaralıların köçürüldüyü xəstəxanın sözçüsü 195-dən çox insanın
yaralandığını təsdiqləyib. O, xəsarət alanlar arasında bir neçə
nəfərin vəziyyətinin ağır olduğunu deyib.
Məlumata əsasən, iki terrorçu məscidə girməyə cəhd edib və orada
vəzifələrini yerinə yetirən polis əməkdaşları ilə atışma olub.
Nəticədə partlayışdan əvvəl bir polis həlak olub, digəri isə ağır
yaralanıb.