Pakistanda kömür mədənində partlayış olub, ölənlər var

Pakistanın Bəlucistan əyalətində kömür mədənində partlayış baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Sinhua” agentliyi regionun təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinə istinadən xəbər verib.

Məlumata əsasən, mədəndə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan 3-nün vəziyyəti ağırdır.


Bildirilir ki, partlayışa səbəb metan qazının toplanması olub. Yerli hakimiyyət orqanları hadisənin baş vermə səbəbini araşdırmaq üçün mədəni bağlayıb.