Pakistanda 5,5 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar UTC vaxtı ilə 13:42-də qeydə alınıb. Zəlzələnin episentri Pasni şəhərindən 14 km cənub-qərbdə, ocağı isə 30 dərinlikdə yerləşib. Dağıntı və tələfat haqqında məlumat yoxdur.