Pakistanda musson daşqınları nəticəsində iyunun ortalarından bəri ölənlərin sayı 238 nəfərə çatıb, 187 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli İdarəsi məlumat yayıb.
“Bu günə kimi ölkə üzrə 3374 yaşayış binası dağıdılıb, onlardan 2365-i qismən zədələnib, 1009-u isə yerlə-yeksan olub.
Ən çox ölənlərin sayı ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində qeydə alınıb – 75, Pəncabda 55, Sinddə 48, Hayber Paxtunxvada 47 ölüm halı qeydə alınıb”.