Pakistanın Bəlucistan əyalətində leysan yağışlarının səbəb olduğu sel nəticəsində azı 25 nəfər ölüb, 35 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə “Deyli Tayms” qəzeti məlumat yayıb.
Ölənlər arasında 4 azyaşlının olduğu da bildirilir. Təbii fəlakət nəticəsində ən çox zərər əyalətin paytaxtı Kvettaya dəyib.
Bəlucistan hökuməti paytaxtda fövqəladə vəziyyət elan edib.