Pakistanın Bəlucistan əyalətinin Vaşuk rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Deyli Pakistan” qəzeti məlumat yayıb.
Qəza nəticəsində azı 28 nəfər ölüb, 20-yə yaxın şəxs isə yaralanıb.
İlkin versiyaya görə, avtobusun təkəri partlayıb və yoldan çıxaraq aşıb.
Hadisə yerinə xilasedicilər cəlb edilib, yaralılar xəstəxanaya yerləşdirilib.