
Pakistanın şərqindəki Pəncab əyalətində tələbələrin olduğu avtobus qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Ekspress Tribun” nəşri polisə istinadla məlumat yayıb.
“Mikroavtobus traktoru ötməyə çalışarkən qarşı zolağa çıxıb və avtobusla toqquşub. Hadisə nəticəsində 9 nəfər yerindəcə ölüb, 5 nəfər isə sonradan xəstəxanada həyatını itirib. 29 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti kritikdir”, – məlumatla qeyd edilib.

