Xəbər - Orxan Nəbiyev – Trend:
Pakistan və Hindistan iki illik fasilədən sonra diplomatlara işgüzar vizaların verilməsini bərpa edib.
Trend-in məlumatına görə, avqustda Pakistan 33 Hindistan diplomatına, Hindistan 7 Pakistan diplomatına viza təqdim edib.
İki ölkə arasında qarşılıqlı vizaların verilməsi 2019-cu ildə dayandırılmışdı. Bu ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində Pakistan və Hindistan hərbçilərinin görüşü zamanı münasibətlərin normallaşması üçün yol xəritəsi müəyyən edilib.