Pakistan və Azərbaycan preferensial ticarət sazişi üzərində işləyir

Xəbər - Ləman Zeynalova – AzerTimes:

Pakistan və Azərbaycan gömrük tariflərini azaltmağa və ikitərəfli ticarət dövriyyəsini artırmağa imkan verəcək preferensial ticarət barədə saziş üzərində işləyir.

AzerTimes-in məlumatına görə, bunu Pakistan KİV-lərinə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov deyib.

Onun sözlərinə görə, Pakistan şirkətlərinin, xüsusilə də əczaçılıq müəssisələrinin Azərbaycanda istehsal müəssisələri açması üçün yaxşı potensialı var.

“Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında azad iqtisadi zona (AİZ) yaradır. Pakistanlı investorlar AİZ-ə investisiya yatırmaq və birgə müəssisələrin yaradılması imkanlarını araşdıra bilər”, – deyə səfir bildirib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)