Pakistan şirkətləri Azərbaycana avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Pakistanın “National Logistics Cell” logistika şirkəti Azərbaycan və Türkiyəyə avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb.

Trend-in məlumatına görə, bunu ölkənin baş nazirinin ticarət və investisiyalar üzrə müşaviri Abdul Razak Davud deyib.

O bildirib ki, daşımalar TIR beynəlxalq buraxılış sistemi vasitəsilə həyata keçirilicək. Onun sözlərinə görə, bu cür buraxılışlar, əsasən özəl şirkətlərə veriləcək.

Müşavirin sözlərinə görə, ilkin mərhələdə yüklər Pakistandan Türkiyə, Azərbaycan və Türkmənistana daşınacaq. Gələcəkdə daşımaların Mərkəzi Asiya ölkələrinədək genişləndirilməsi planlaşdırlır.


Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)