Pakistan: Qardaş Azərbaycan xalqı ilə həmrəyik!

Pakistan: Qardaş Azərbaycan xalqı ilə həmrəyik!

Pakistan hökuməti və xalqı Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan dərin kədər hissi keçirir.

AzerTimes xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Pakistan hökuməti həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verib və yaralıların tezliklə sağalması üçün dua etdiyini bildirib.

Rəsmi bəyanatda daha sonra bildirilir ki, Pakistan bu kədərli anda qardaş Azərbaycan xalqı ilə həmrəydir.

Teqlər: