Pakistan Prezidenti Asif Əli Zərdari Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargah rəisi Mətin Gürakı “Pakistan İmtiyaz nişanı” ilə təltif edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin mətbuat xidməti bildirib.
“Rəsmi səfəri çərçivəsində Pakistanda olan Baş Qərargah rəisi ordu generalı Mətin Güraka Türkiyə ilə Pakistanda arasındakı münasibətlərə və iki ölkənin silahlı qüvvələri arasındakı hərbi əməkdaşlığa verdiyi töhfələrə görə Pakistan Prezidenti cənab Asif Əli Zərdari tərəfindən “Pakistan İmtiyaz nişanı” ilə təltif edilib”, – paylaşımda qeyd olunub.