Pakistan Prezidenti Asif Əli Zərdari ötən gün axşam saatlarında Dubay hava limanında təyyarədən enərkən yıxılaraq ayağını sındırıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin prezident katibliyinin mətbuat xidməti məlumat yayıb.
Zərdari yıxıldıqdan sonra dərhal xəstəxanaya aparılıb. Müayinədən sonra onun ayağının sındığı məlum olub və gips sarğısı qoyulub.
Məlumata görə, prezident 1 ay ərzində gips taxacaq.