Pakistan parlamenti baş nazir İmran Xana etimadsızlıq votumunu qəbul edib

Pakistan Milli Məclisi (parlamentin aşağı palatası) bu gün baş
nazir İmran Xana etimadsızlıq votumunun qəbul edilməsi üzrə
səsvermə keçirib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, səsvermənin
nəticəsində əsasən etimadsızlıq votumu qəbul edilib.

Bildirilir ki, etimadsızlıq votumunun leyhinə 174 deputat səs
verib, bu isə parlamentin aşağı palatasının əksəriyyətini təşkil
edir.