Pakistan parlamenti aprelin 11-də yeni baş naziri seçəcək.
Trend yerli
KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan parlamentinin
Müsəlman Liqası-Nəvaz (PML-N) partiyasından olan vitse-spikeri Ayaz
Sadiq bildirib.
Onun sözlərinə görə, vakant baş nazir vəzifəsinə namizədlər gün
ərzində lazımi ərizəni parlamentin sədrinə təqdim etməlidirlər.
Qeyd olunur ki, adıçəkilən vəzifəyə ən real namizəd Müsəlman
Liqası-Nəvaz partiyasının sədri Şahbaz Şərifdir.