Pakistan ordusu Xayber Paxtunxva əyalətinin Xayber rayonunda yerləşən Tirah vadisində antiterror əməliyyatı keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrindən məlumat verilib.
Bildirilib ki, 2024-cü il avqustun 20-dən başlayaraq Pakistan hərbçiləri ərazini ekstremistlərin mövcudluğundan təmizləmək üçün bir sıra tədbirlər həyata keçirib. Onların hədəfi qadağan olunmuş “Fitnə əl-Xəvaric” və ona bağlı olan “Ləşkəri-İslam” və “Camaat-ül-Əhrar” qrupları olub.
Əməliyyat nəticəsində 25 terrorçu məhv edilib, 11-i yaralanıb.
Pakistan ordusunun dörd hərbçisi şəhid olub.