Pakistanın nüvə silahı regionda sülhün təminatı, çəkindirici faktor və qüvvələr balansının sütunudur.
AzerTimes xəbər verir ki, bunu Pakistan müdafiə naziri Xavaca Asif deyib.
Asif ölkəsinin nüvə qabiliyyətinin təcavüzdən çəkindirən və milli suverenliyi qoruyan etibarlı müdafiə tədbiri olaraq qaldığını söyləyib.
Nazir əlavə edib ki, ölkəsi milli təhlükəsizliyə qarşı istənilən təhdidə cavab verəcək və ölkəyə istənilən hücum təcavüzkar üçün ağır nəticələrə səbəb olacaq.