Xəbər - Orxan Nəbiyev – Trend:
Pakistanın Peşəvər şəhərinin beynəlxalq hava limanı sərnişinlərdə koronavirus infeksiyasının aşkar olunması üçün xüsusi məşğələ keçmiş itlərdən istifadə etməyə başlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə hava limanının rəhbərliyi bildirib.
Qeyd olunur ki, hava limanında sərnişinlər ekspres test verdikdən sonra toplanan bioloji material itlər tərəfindən qoxulanır. Əgər it qoxuladıqdan sonra otursa, sərnişinin koronavirusa yoluxduğu müəyyən olunur.
Hava limanı rəhbərliyi bu üsulla dörd nəfərdə koronavirus aşkar olunduğunu bildirib.