Pakistan İranla bağladığı müqaviləni dayandırdı

Pakistan İranla bağladığı müqaviləni dayandırdı

Pakistan ABŞ sanksiyaları səbəbindən qaz idxalı üçün boru kəmərinin tikintisi ilə bağlı İranla imzaladığı müqavilədəki öhdəliklərini dayandırıb.

AzerTimes xəbər verir ki, bu barədə Pakistanın neft naziri Müsəddiq Malik məlumat verib.

Malik ölkə parlamentində çıxışında İslamabadın bu barədə Tehranı məlumatlandırdığını deyib.

Nazir bildirib ki, İran Pakistanın bu qərarını etibarsız adlandırıb, məsələnin arbitraj yolu ilə həll olunmalı olduğunu deyib.

Qeyd edək ki, bir müddət əvvəl Pakistanın İran qazından imtina edərək Türkmənistanla müqavilə bağladığı barədə xəbərlər yayılmışdı.

Teqlər: