Pakistan İran ərazisinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Seravan rayonuna endirilən zərbələr nəticəsində 7 nəfər ölüb.
Pakistan Xarici İşlər Nazirliyi yaydığı məlumatda “Marg Bar Sarmachar” əməliyyatı ilə Sistan və Bəlucistan əyalətindəki terrorçuların bazalarına zərbələr endirildiyini bildirib.