Pakistan da BRİKS-ə qoşulmaq istəyir

Pakistan da BRİKS-ə qoşulmaq istəyir

Pakistan Rusiya Federasiyasının dəstəyini görür və tezliklə BRİKS tərəfdaş ölkələrinə qoşulmağı gözləyir.

AzerTimes xəbər verir ki, bunu TASS-a Pakistan Milli Assambleyasının spikeri Sərdar Ayaz Sadiq deyib.

Sadiq qeyd edib ki, İslamabad buna çalışır və Moskva bu yolda onu dəstəkləyir.

“Bəli, Rusiya bizi BRİKS-də dəstəkləyir və ümid edirəm ki, biz tezliklə BRİKS-ə tərəfdaş kimi qoşulacağıq”, – o vurğulayıb.

Teqlər: