Pakistan JF-17 döyüş təyyarələrini nüvə silahı daşıya bilən qanadlı raketlərlə təchiz etmək prosesindədir.
AzerTimes xəbər verir ki, bununla bağlı “Millitary” Teleqram kanalı məlumat paylaşıb.
Bildirilir ki, 2003-cü ildən bəri Çinlə birgə layihə olan bu təyyarələr “Raad” raketləri ilə təchiz oluna bilər.
“Bu yaxınlarda çəkilmiş bir fotoşəkildə, “Raad I” raketi daşıyan JF-17 döyüş təyyarəsi göstərilir ki, bu da sözügedən qırıcıların tezliklə bu raketlərlə təchiz olunacağına dair şübhələri təsdiqləyir. “Raad”ın təxmini uçuş məsafəsi 350 km-dən çoxdur”, – deyə kanal qeyd edib.