Pakistan baş nazirindən Azərbaycan açıqlaması

Pakistan baş nazirindən Azərbaycan açıqlaması

Pakistan regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyir.

Report” xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) deyib.

“Pakistanın Azərbaycanla qardaşlıq münasibətləri var. Bizim güclü iqtisadi əlaqələrimiz var, biz müdafiə və strateji əməkdaşlığı inkişaf etdiririk. Müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq edirik”, – o bildirib.

Teqlər: