Pakistan baş naziri Türkiyəyə başsağlığı verdi

Pakistan baş naziri Türkiyəyə başsağlığı verdi

Pakistanın Baş naziri Şahbaz Şərif İstanbulda baş vermiş partlayışa görə Türkiyəyə başsağlığı verib.

AzerTimes xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Pakistan hökuməti və xalqı həyatını itirən qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edir”.

Qeyd edək ki, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Teqlər: