Pakistan Baş naziri Ənvar ül-Haq Kakar Davosdakı Dünya İqtisadi Forumundakı iştirakını yarımçıq saxlayaraq, ölkəsinə qayıtmağa qərar verib.
AzerTimes xəbər verir ki, bu barədə “Nyus İnternəşnl” nəşri məlumat yayıb.
“Yanvarın 16-da İran Silahlı Qüvvələri PUA və raketlərdən istifadə edərək “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı qərargahına hücum etdiyi üçün hökumət başçısı təcili olaraq vətənə qayıtmaq qərarına gəlib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün Pakistan aviasiyası da İranın Sistan və Bəlucistan əyalətindəki terrorçulara zərbələr endirib.