Dünən İrəvan küçələrində Pakistanın dövlət nömrə nişanı olan sağ sükanlı ağ rəngli “Toyota Korolla” ilə qarşılaşdıq. Pakistan vətəndaşının Ermənistana necə və hansı məqsədlə səfər etdiyini söyləmək çətindir.
AzerTimes xəbər verir ki, bunu erməni jurnalist Vaqe Makaryan bildirib.
“Son zamanlar Ermənistan nəinki bizim açıq düşmənimiz sayılan ölkələrdən, hətta Ermənistanı müstəqil respublika kimi tanımayan ölkələrdən də “qonaqlar” qəbul etməyə başlayıb. Söhbət Ermənistan Respublikasını hələ də tanımayan Pakistandan gedir.
İslamabadda hərəkət sol tərəfdəndir, ona görə də avtomobillər sağdan idarə olunur.
Qarşılaşdığımız ağ rəngli “Korolla”nın dövlət nömrə nişanında latınca “İslamabad” yazılıb”, – Makaryan qeyd edib.