Pakistan “Abdali” raketini uğurla sınaqdan keçirdi – Video

Pakistan “Abdali” raketini uğurla sınaqdan keçirdi – Video

Pakistan Hindistanla gərginliyin artdığı bir vaxtda ballistik raketini sınaqdan keçirib.

AzerTimes xəbər verir ki, məlumatı “Asoşeyted Press” yazıb.

Nəşr qeyd edib ki, raketin uçuş məsafəsi 450 kilometrdir.

Bildirilib ki, “Abdali” raket sisteminin buraxılışı qoşunların əməliyyat hazırlığını təmin etmək və raketin təkmilləşdirilmiş naviqasiya sistemi və manevr qabiliyyəti də daxil olmaqla əsas texniki göstəricilərini yoxlamaq məqsədi daşıyır.

Vurğulanıb ki, Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif uğurlu sınağa görə alimləri, mühəndisləri və bu işdə iştirak edənləri təbrik ediblər.

[embedded content]

Teqlər: