Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Abbas Musəvi Tvitter hesabında yazıb.
“Bu gün mən Azərbaycan Respublikası Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevlə görüşdüm. Görüşdə 2 qonşu ölkənin münasibətləri müzakirə edildi” – A.Musəvi qeyd edib.