PA rəsmisi AMEA-da: təcili iclas keçirilir

PA rəsmisi AMEA-da: təcili iclas keçirilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası başlayıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, iclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmandan irəli gələn məsələlər müzakirə olunur.

İclasda AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və Rəyasət Heyətinin üzvləri iştirak edir.

İclasa akademiyanın institut və təşkilat direktorları da qatılıb.

Teqlər: