İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat uzun müddət davam edəcək.
AzerTimes xəbər verir ki, bunu ölkənin müdafiə naziri Yoav Qallant deyib.
“Bu müharibə qısa olmayacaq. Bizim səbir etməyə, böyük emosional möhkəmliyə ehtiyacımız olacaq. Ən çox da təhlükəsizlik qüvvələrinin bu möhkəmliyə ehtiyacı olacaq. Özünüzü aldatmayın – HƏMAS məsələnin humanitar tərəfi ilə maraqlanmır, onlar zərbəni dəf etməyə çalışırlar. Zərbələr nə qədər sərt olarsa, HƏMAS-ın girovları evlərinə qaytarmaq üçün həll yollarına razılıq vermə şansı bir o qədər çox olar”, – nazir bildirib.