Rus işğalçılarının bəziləri Ukrayna ilə müharibədən qaçmaq üçün özlərini güllələyirlər.
AzerTimes xəbər verir ki, bunu Zaporojye şəhər şurasının katibi Anatoli Kurtev deyib.
“İşğal olunmuş ərazilərdəki tibb müəssisələri özünü güllələyən rus hərbçiləri ilə doludur. Nə deyə bilərəm? Rus əsgərinin belə xoşməramlı jestini alqışlayırıq. Onlar nə qədər çox özlərini məhv etsələr, Ukrayna döyüşçülərinin işi bir o qədər az olar”, – Kurtev bildirib.