Özümü çox yaxşı hiss edirəm – Peyvənd olunan QMİ nümayəndəsi (FOTO)

Xəbər - Samir Əli – Trend:

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov koronavirus infeksiyasına qarşı peyvənd olunma ilə bağlı əhaliyə müraciət edib.

Tahir Abbasov AzerTimes-a açıqlamasında bildirib ki, o da peyvənd olunanlar sırasındadır:

“Ümumiyyətlə peyvəndlər son dərəcədə təhlükəsizdir. Peyvəndlər sayəsində milyonlarla insanın ölümünün və əlilliyinin qarşısı alınır. Mən də “COVİD-19”a qarşı peyvənd olundum. Özümü çox yaxşı hiss edirəm. Düşünürəm ki, həm özümüzün, həm yaxınlarımızın sağlamlığı üçün peyvənd olunmalıyıq”.

Teqlər: