Ölkədə inflyasiya və yoxsulluq səviyyəsinin atdığına görə etiraz aksiyalarının keçirilməsi yersizdir.
AzerTimes xəbər verir ki, bunu İranın dini rəhbəri Əli Xamenei deyib.
O, hətta bir çox ölkələri İranla müqayisə edib:
“Mən o ölkələrə səfər etməmişəm, ancaq məlumatlara görə, dünyanın bəzi böyük və məşhur ölkələrində küçədə gəzən adamlar ətraf aləmdə baş verənlərə əhəmiyyət vermir, sadəcə olaraq bir tikə çörək tapmağı düşünürlər”, – Xamenei deyib.
Onun bu çıxışı iranlı sosial media istifadəçilərinin geniş müzakirəsinə səbəb olub.
Onlar Əli Xameneidən iranlıları iddia etdiyi o məşhur və böyük ölkələrin vətəndaşları kimi yaşamağa icazə verməyə çağırıblar.